Modern.az

Koronavirus xəstəsi karantin postunda saxlanıldı

Koronavirus xəstəsi karantin postunda saxlanıldı

22 Noyabr 2020, 13:49

Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.

 

O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

 

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər