Modern.az

Amerikada yaşayan cəbrayıllı alim təhsil mükafatı TƏSİS ETDİ

Amerikada yaşayan cəbrayıllı alim təhsil mükafatı TƏSİS ETDİ

Təhsil

24 Noyabr 2020, 12:48

ABŞ-da yaşayan azərbaycanlı alim, Quzey Dakota Dövlət Universitetinin riyaziyyat professoru, əslən Cəbrayıl rayonundan olan Azər Əhmədov maraqlı təşəbbüslə çıxış edib.

Modern.az saytının məlumatına görə, professor Azər Əhmədov Cəbrayıl Rayon İcra Hakimiyyətinə və Cəbrayıl Rayon Təhsil Şöbəsinə müraciət edərək, “Akademik Mehdizadə adına műkafat” təsis etmək istədiyini bildirib:


“Cəbrayıl rayonunun işĝaldan azad olunması və əhalimizin Cəbrayıla qayıdışı münasibəti ilə biz də ABŞ-da yaşayan bir cəbrayıllı ailə kimi çox sevinirik. Qarşıda gərgin əmək tələb edən böyük quruculuq işləri var. Sözsüz ki, dövlətimizin bu barədə planları var, vətəndaşlarımız da doĝma torpaqlara qayıdıb orda kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə və digər sahələrdə əmək fəlayyəti ilə məşĝul olaraq bu planların həyata keçməsində yaxından iştirak edəcəklər.

Ölkədən kənarda yaşasaq da, biz də bu böyük qayıdışa öz töhfəmizi vermək istəyirik. Bu məqsədlə təhsil sahəsində akademik Mehdizadənin adını daşıyan bir mükafat təsis etməyi qərara aldıq. Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunun Daşkəsən kəndində doĝulmuş, Azərbaycan SSR-nin xalq maarif naziri vəzifəsində çalışmış, pedaqoqika elminə verdiyi möhtəşəm töhfələrə görə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi. Xeyirxah və prinsipial bir insan olan Mehdizadə ölkəmizdə təhsilin inkişafında xüsusi xidmətlər göstərmişdi. Təsadüfi deyil ki, böyük təhsil ənənələri olan, əsası 1876-cı ildə qoyulan Cəbrayıl rayonun ən qədim məktəbi də onun adını daşıyır. Qaçqınlıq şəraitində belə Cəbrayıl məktəbləri təhsil sahəsində böyük uĝurlar qazanıb. Ümid edirik ki, təsis etdyimiz bu mükafat təhsil işində yeni bir canlanma yaradacaq, şagirdləri elmə və incəsənətə daha da həvəsləndirəcək”.

Azər Əhmədov mükafatın şərtləri barədə təkliflərini də açıqlayıb:

“1. Bu mükafat Cəbrayıl rayon orta məktəblərində oxuyan şagirdlər üçün nəzərdə tutulur.

2. Mükafat orta məktəbin 10-11-ci siniflərində oxuyan, akademik göstəricləri yüksək olmaqla bərabər texniki elmlər, humantiar elmlər, yaxud incəsənətin (rəssamlıq və musiqi) hansısa sahəsində xüsusi istedad nümayiş etdirən şagirdlərə verilir.

3. Mükafatın ümumi məbləĝi illik olaraq 900 ABŞ dollarıdır. Bu məbləĝ hər biri 300 ABŞ dolları olmaqla hər il üç şagirdə verilir.

4. Mükafat 2020-21-ci dərs ilindən başlayaraq hər il may ayında münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə təqdim edilir.

5. Münsiflər heyəti 6-10 nəfər qabaqcıl maarif işçilərindən ibarət olmaqla Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən formalaşdırılır. Bir sponsor olaraq biz münsiflər heyətinin işində iştirak etməyəcəyik”. 

Qeyd edək ki, mükafatın təsisçiləri kimi professor Azər Əhmədovla yanaşı Akademik Mehdizadə adına məktəbin keçmiş müəllimi Kəmalə Qasımlı da çıxış edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi