Modern.az

TƏBİB-İmmunitetin güclü olması COVID-19-dan sığortalamır

TƏBİB-İmmunitetin güclü olması COVID-19-dan sığortalamır

Aktual

24 Noyabr 2020, 17:00

Orqanizmin müqavimətinin azalması, koronavirusa yoluxma üçün səbəb deyil.

 

Bunu Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib.

 

V.Əliyev qeyd edib ki, immunitet sadəcə xəstəliyin klinik gedişinə təsir edəcək faktordur:

 

“İmmunitet COVID-19-dan sığortalamır. Virusa yoluxma və xəstəliyin yayılması üçün immunitetin hər hansı rolu yoxdur. Onsuz da xəstəlik tam sağlam insana da keçir, müqaviməti zəif olana da. Sadəcə müqavimətdən asılı olaraq, xəstəlik ağır və yüngül keçə bilər. Bu baxımdan yoluxma üçün müqavimətin güclü olub-olmamasının önəmi yoxdur”.

 

TƏBİB rəsmisinin sözlərinə görə, insanlar immunitetlərini artırmaq üçün idmanla məşğul olmalı, sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar:

 

“Amma biz immunitetimizə güvənib təhlükəsizlik tədbirlərini gözardı etməməliyik. Çünki son günlər yanaşı xəstəliyi olub koronavirusu yüngül keçirən, heç bir xəstəliyi olmadığı halda, xəstəliyi ağır keçirən xəstələrlə rastlaşırıq. Bu baxımdan “xəstəlik məndə yüngül keçəcək”, “immunitetim daha güclüdür”, “adi qripi belə yüngül keçirirəm” kimi fikirlər özünü doğrultmur. COVID-19 tam fərqli bir xəstəlikdir, baxmayaraq ki, eyni sistemin xəstəliyidir. Amma bu, qrip deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı