Modern.az

Ermənilər Kəlbəcərdəki hərbi hissəni belə partlatdılar - VİDEO

Ermənilər Kəlbəcərdəki hərbi hissəni belə partlatdılar - VİDEO

Aktual

24 Noyabr 2020, 22:00

Ermənistanın sonuncu silahlı birləşmələri noyabrın 25-də Azərbaycana təhvil verilməli olan Kəlbəcər rayonunu tərk edirlər.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədib.

 

Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bildiriblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.

Erməni hərbçilər bildiriblər ki, partlayışdan sonra Ermənistana yola düşürlər.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı