Arxiv
25 Noyabr 2020, 14:45 | AKTUAL
Doğum günün mübarək, Ağdam

Bizə göz dağı olsun deyə Cəbrayılda, Zəngilanda, Füzulidə  olduğu kimi Ağdamda da düşmən ötən illər ərzində daş üstündə daş qoymadı. Vurdu, dağıtdı, yandırdı, yerlə yeksan etdi. Quşların yuvalarını belə uçurub, təbiətin ürəyinə dağ basdılar. İşğaldan sonra Ağdama həmişə qar yağdı. Yayın cırhacırında belə...

 

Bir zamanlar Xocalıya qucaq açan Ağdam pənahsız qaldı. Düşmən gülləsi Allaha açılan əlləri, dilləri susdurdu. Ağ damların qara tüstüsü Qarabağ xanlarının seyrangahını görünməz elədi. Sayseçmə igidləri bu yurdu qorumaq üçün hər qarışı uğrunda can verdi, qan verdi. Gözü göylər aynası gözəlləri çadır şəhərciklərində qarıyıb, yumağa döndü. 

 

1993-cü ilin 23 iyulunda Ağdam işğal olundu...

Onun həsrətinə, yoxluğuna dözməyənlər bu dünyaya əlvida dedilər.

 

İllər keçdi, ağdamlıların 1993-cü ildə aldıqları güllə yarası sağaldı, ölənlərin yerinə hər evdən Ağdamı görməsə də onu qaytarmaq eşqi ilə düşməni diz çökdürməyə hazır olan oğullar boy verdi. 

 

Sentyabrın 27-də “Biz gəlirik, Qarabağ!”,-deyən Azərbaycan əsgərinin səsini quşlar Ağdam torpağına da pıçıldadı. Dağılmış evlərin, xarabalığa çevrilmiş ocaq yerlərinin beli dikəldi. Torpağa basdırılmış minaların bağrında otlar göyərdi. Torpaq içindəki və üstündəki murdarları kənara atmaq üçün silkindi. 

 

Kafirlərin şərab qoxan nəfəsindən mələkləri perik düşən məscidlərin “Allahu-Əkbər”i 27 ildən sonra böyüklüyünü göstərdi. Səndən sonra səbr sahibi olan bizmişik, İlahi. Düşməni arxayın salan bəlkə də bizim bunca səbr nümayiş etdirməyimiz oldu. O, qanımızla yoğrulmuş torpaqları unutduğumuzu zənn etdi. 

 

SÖZÜMÜZÜN gücünə bir güllə belə atmadan qanımız tökülən torpağımızı düşməndən geri aldıq. Bütün dünya gördü ki, havada yellənən ağ bayraqlar səfi pozulmuş düşmən ordusunun son nəfəsidir. 

 

İndi bu sirrə agah oldum ki, nə üçün “Qarabağ şikəstəsi”ni ağdamlılardan-Arif Babayevdən, Qədir Rüstəmovdan və Səxavət Məmmədovdan başqa kimsə yanıqlı oxuya bilməz. Mən indi bildim ki, o şikəstə illər öncə bu gün “ruhlar şəhəri” dediyimiz Ağdam üçün, Qarabağ üçün oxunubmuş. İlahi, necə uzaqgörən imiş babalarımız. 

 

Ağdama,

Bu yol gedir Ağdama.

Ağdama kəc baxanın,

Gözlərinə ağ dama.

 

Şair də haqlı imiş:

 

Ağdam Qarabağın bəy otağıydı...

 

Yaddan çıxmadı, unudulmadı Qarabağ. Biz Qarabağı azad edib, Qarabağa döndük. Döndük ki, qanayan yarasına məlhəm olaq. Döndük ki, onu unutmadığımızın şahidi olsun. Döndük ki, onu dirçəldib, qışını bahara çevirib yenə də dünyanın cənnətinə döndərək. 

 

Sözardı: Cənab Prezidentin Ağdama səfəri zamanı dediyi “Qoy bütün dünya görsün ki, biz necə vəhşilərlə mübarizə aparıb, onları məğlub etmişik” fikrini dərsliklərə salaq, gələcək nəsillər oxuyub, bugünümüzdən ibrət alıb daha böyük, qüdrətli Azərbaycanı qursunlar və qorusunlar.

 

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29