Modern.az

Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər

Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər

25 Noyabr 2020, 17:57

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl etmələrinin  vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir.

 

Modern.az xəbər verir ki, bu çərçivədə növbəti reyd Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri ilə birgə ictimai iaşə obyektlərində həyata keçirilib. Sahibkarlıq subyektlərinə  ictimai iaşə müəssisəsinin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Reyd zamanı pandemiya dövründə tətbiq edilmiş qaydalara əməl etməyən iki sahibkarlıq subyektinə inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi