Modern.az

Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu

Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu

Aktual

25 Noyabr 2020, 18:11

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 

 

Modern.az xəbər verir ki, müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.

 

Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər.

 

Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır