Modern.az

Saatlı Rayon Təhsil şöbəsinin əməkdaşı şəhid olub

Saatlı Rayon Təhsil şöbəsinin əməkdaşı şəhid olub

27 Noyabr 2020, 15:04

Saatlı Rayon Təhsil şöbəsinin əməkdaşı ehtiyatda olan leytenant Xalid Nəciyev Şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində paylaşım edib.

 

Nazirliyin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə sosial şəbəkədə Şəhid Xalid Nəciyevlə bağlı paylaşım edib:

 

"Xalidi çox istəmək lazım deyildi ki. Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik – qayıdacaq, işinin başına dönəcək deyə. Amma baş leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən Şəhid olub – Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi... Sözlə ifadə edə bilmirəm...

Vətən və Bayraq uğruna can verən Şəhidim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə!"

 

Şəhid X.Nəciyev döyüşə getməmişdən öncə Nazirliyin əməkdaşı B.Hacızadəyə mesaj da yazıb: 

 

"Salam Billurə xanım sabah məni səhər saat 7-yə çağırıblar. Leytenantam məndə. Bilmək olmaz nə olar olmaz Sizlə işləmək çox gözəl idi. Hər etimal haqqınızı halal edin."

 
 
 
 
 
 
 
 
 
 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!