Modern.az

“Liverpul” səfərdə xal itirdi

“Liverpul” səfərdə xal itirdi

28 Noyabr 2020, 20:15

Noyabrın 28-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, son çempion “Liverpul” səfərdə “Brayton” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı Mersessayd təmsilçisi açıb. Oyunun 60-ci dəqiqəsində Dioqu Jota fərqlənib. Matçın son dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Hakimin təyin etdiyi penaltini Paskal Qross dəqiq yerinə yetirib.

 

Bu nəticədən sonra xal ehtiyatını 21-ə çatdıran “Liverpul” turnir cədvəlində ikinci pillədə, “Brayton” isə 10 xalla 16-cı yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir