Modern.az

Polşada azərbaycanlının ölümü araşdırılır

Polşada azərbaycanlının ölümü  araşdırılır

29 Noyabr 2020, 10:12

"Polşada dünyasını dəyişmiş soydaşımız Müşviq İsmayılovun nəşi dünən Azərbaycana gətirilib".

 

Bu barədə Modern.az-a Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli məlumat verib. Təşkilat rəhbərinin sözlərinə görə, həmyerlimizin ölüm səbəbi araşdırılır: "Müşfiq İsmayılovun ölüm səbəbi barədə dəqiqləşdirilməmiş hər hansı məlumat vermək doğru deyil. Hal hüquq mühafizə orqanları araşdırma aparır. İstintaqın yekunu barədə ictimaiyyətə məlumat veriləcək".

 

Təşkilat sədri bildirib ki, Müşfiq İsmayılovu hamı çox mədəni insan kimi tanıyırdı:

 

"Müşfiq İsmayılov Polşada şirkətlərin birində çalışırdı. Subay idi. Anasi dünyasını dəyişəndən sonra atası da yol qəzasinda ölmüşdü. Müşfiq bir qədər özünə qapanıq bir insan idi. Amma hər kəslə çox mədəni davranırdı".

 

Fərid Cəfərli soydaşımızın nəşinin Azərbaycana gətirilməsi üçün yaxından iştirak edən qurumlarin da adını açıqlayıb:

 

"Bu məsələnin həlli üçün yaxından iştirak edən Azərbaycanın Polşadakı Səfirliyinə, şəxsən cənab səfir Həsən Həsənova və mərhumun nəşinin Azərbaycana gətirilməsi xərclərini öz üzərinə götürən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, şəxsən cənab sədr Fuad Muradova təşəkkür edirəm. Mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin". Qeyd edək ki, məlumata görə Müşfiq İsmayılov yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı