Modern.az

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ

30 Noyabr 2020, 18:05

Hələ işğaldan əvvəl təkcə Kəlbəcər rayonunda 34 yeraltı faydalı qazıntı yatağı olub. Bu rayonun ərazisində təsdiq olunan yataqlarda 143 ton qızıl ehtiyatı var. 

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcərdə hasil edilən qızıl xarici ölkələrə satılıb. 

 

Kəlbəcər həm də su ehtiyatlarına görə ən zəngin rayonlardan biridir. Ərazisində dünyaca məşhur bir neçə mineral su hövzələri yerləşir ki, bunların da müalicəvi əhəmiyyəti var. Ancaq erməni silahlı birləşmələri işğal müddətində bu su hövzələrinə ciddi ziyan vurub.

 

İşğaldan azad olunan ərazilərdəki və Kəlbəcər rayonundakı mövcud ehtiyatlar yenidən öyrəniləcək. Bütün yeraltı, yerüstü sular üzrə vurulan ziyan hesablanacaq. Artıq bununla bağlı yol xəritəsi də hazırlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi