Modern.az

Eyfel bu tarixdən ziyarətə açıq olacaq

Eyfel bu tarixdən ziyarətə açıq olacaq

Aktual

2 Dekabr 2020, 00:24

Koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində payızda bağlanan Parisdəki Eyfel Qülləsi fəaliyyətini 2020-ci il dekabrın ortalarından etibarən davam etdirəcək.

 

Modern.az-ın "İnterfaks"a istinadla məlumatına görə, bu, qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir.

 

Bildirilir ki, 16 dekabrdan etibarən qüllə saat 10:30-dan 18:30-dək ictimaiyyətə açıq olacaq.

 

Dünyada ən çox ziyarət edilən yerlərdən birini ziyarət edərkən, pandemiyaya qarşı əlavə təhlükəsizlik tədbirləri qüvvədə olacaq - məcburi tibbi maska taxılmalı, ziyarətçilərin sayına məhdudiyyət tətbiq edilməli və gündəlik dezinfeksiya olunmalıdır.

 

Xatırladaq ki, Fransada məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsi çərçivəsində 15 dekabrdan etibarən muzeylər və mədəniyyət müəssisələri işlərinə davam edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır