Arxiv
2 Dekabr 2020, 10:50 | PARLAMENT
Azərbaycan bütün dünyada qalib dövlət kimi tanınır -DEPUTAT

 

44 günlük müharibə dövründə bütün sahələrdə düşmənə sağalmaz zərbə vuran Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünənki Laçının işğaldan azad edilməsilə sonuncu müraciətini etdi.

Prezident İlham Əliyevin xalqa müraciətlərini yüksək dəyərləndirən Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a deyib ki, ölkə başçısı Laçının azad olunması münasibətilə xalqa ünvanladığı çıxışında 44 günlük müharibəyə bir növ yekun vurdu:


"44 gündə Prezident faktiki olaraq mətbuat vasitəsi ilə Azərbaycan əhalisinə, beynəlxalq aləmə yönəlik çox ciddi çıxışlar etdi. Bu çıxışların informasiya müharibəsində çox böyük əhəmiyyətli rolu var idi.

Həm yerli əhalini məlumatlandırmaq, həm də Azərbaycanı istəməyən xarici dövlətləri vaxtı-vaxtında yerində  oturtmaq, gedən prosesləri dəqiqliklə şərh etmək önəmli məsələlərdən biri idi.
Prezident Laçının işğaldan azad olunması ilə bağlı məsələyə aydınlıq gətirdi. Qeyd etdi ki, 10 noyabr sazişi imzalanana qədər necə mübahisələr olub.

Biz təxmini hiss edirdik ki, həm statusla, həm də ermənilərin yaşayış şəraiti ilə əlaqədar pərdə arxasında Prezidentimizə nə qədər təzyiq və təkidlər olub. Amma dövlət başçısı qalib ordunun sərkərdəsi olduğuna görə, diktə etmək imkanı çox böyük idi. Əvvəldən Şuşa məsələsi yox idi, ermənilər Laçını vermək istəmirdilər, sonda gördülər ki, vəziyyət gərgindir və bu məsələləri həll etmək lazımdır.


Prezidentin dünənki çıxışı çox tarixi bir çıxış idi və 10 noyabrda imzalanan müqavilədəki bəzi məqamlara da aydınlıq gətirildi".


V.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, mübarizə hələ bitməyib, bundan sonra masa arxasında müəyyən məsələlər həll olunacaq:

"Yəqin ki, gələcəkdə Azərbaycan əhalisinin Yuxarı Qarabağa qaytarılması məsələsi öz həllini tapacaq. Bu, çox ciddi məsələlərdir və bir müddət vaxt lazımdır.
Biz bu 44 gündə bir yumruq kimi birləşdik. Mən bir millət vəkili olaraq hesab edirəm ki, bu yumruğu qoruyub saxlamaq lazımdır. Çünki qarşıda bizim görəcəyimiz işlər çoxdur. Bizim bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə də dalğalanmalıdır. Siyasi dairələrdə gedən mübarizələrdə millətimiz bir yumruq kimi birləşməlidir. Necə ki, bütün siyasi partiyalar, qeyri-hökümət təşkilatları bu müharibə dövründə dövlət başçısını müdafiə etdilər, bundan sonra da bir yerdə olmalı, mübahisəli məsələlərimizi başa çatdırmalıyıq.

Mən inanmıram ki, sülhməramlılar bizim torpaqlarımızda 5 il müddətində qalsın. Müəyyən qədər vaxt lazımdır, məsələlər öz həllini tapacaq. Qarabağdakı torpaqların hər bir qarışı qədim Azərbaycan  ərazisidir, Azərbaycan faktiki olaraq ərazi bütövlüyünü təmin etdi. Zaman bizim xeyrimizə işləyəcək".

Deputat Türkiyə ilə münasibətlərdən də danışıb: "Müharibə dövründə Türkiyə Azərbaycana böyük dəstək oldu, qardaş ölkənin siyasi dəstəyini bu gün də hiss edirik. Türkiyənin hərbçiləri bu gün Qarabağda mina təmizləmə ilə məşğuldur. Bu yaxınlarda artıq sülhməramlı mərkəz də fəaliyyətə başlayacaq.

Yəni Türkiyə dövləti hər zaman Azərbaycanın yanında olub, indi də yanındadır. Gələcək zamanlarda da Türkiyə dövlətinin hərbi qüvvələri Azərbaycan ərazisində yerləşdiriləcək.
Bu gün ən ciddi məsələlərdən biri də “Naxçıvan dəhlizi”nin açılmasıdır. Bu çox əhəmiyyətli məsələdir. Bu dəhlizin Türkiyə, Azərbaycan, Orta Asiya, İran, Rusiya üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin də qeyd etdiyi kimi, ola bilər ki, ikinci dəhliz açılsın".

V.Əhmədov sonda onu da vurğulayıb ki, Prezident İlham Əliyev 44 günlük müharibə zamanı bütün dünyaya öz sözünü dedi. “Azərbaycan artıq bütün dünya tribunalarında qalib dövlət kimi tanınır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54