Modern.az

BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

Aktual

3 Dekabr 2020, 11:00

Azərbaycanda ilk dəfə ikili diplom əsasında Neft-Qaz Menecmenti üzrə Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan MBA proqramı Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə reallaşdırılır.

 

Ali Məktəbdən Modern.az-a verilən məlumata görə, əməkdaşlıq sayəsində MBA Proqramının ilk məzunları hər iki universitetin diplomlarını əldə edəcəklər.

 

Bu magistratura pilləsində tələbələr ixtisasın dərinləşməsi ilə yanaşı, sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktiki tətbiq etməyi öyrənirlər.

 

Belə ki, Neft-Qaz Menecmenti üzrə MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə, blokçeyn menecmenti və digər müasir fənlər də tədris olunur.

 

Fərdi liderlik fəaliyyəti və kiçik komanda layihələri üçün nəzərdə tutulan və 120 krediti əhatə edən proqram neft-qaz sənayesi sahəsində uzunmüddətli karyera uğurlarına nail olmaq məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü