Arxiv
3 Dekabr 2020, 12:10 | TƏHSİL
BDU-nun 26 tələbəsinə beynəlxalq sertfikat veriləcək - FOTOLAR

“Media könüllüləri -145” layihəsi çərçivəsində hərbi jurnalistika ilə bağlı onlayn seminarlar başa çatıb.

 

Modern.az xəbər verir ki, seminarlarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 26 tələbəsi iştirak edib.

 

Son seminarda Global Journalism Council təşkilatının rəhbəri Mehmet Ali Dim, Tərəfsiz Jurnalistlər Birliyinin sədri, layihə rəhbəri Elşad Eyvazlı, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev də iştirak edib.  

 

Onlayn görüşün moderatoru Samir Mirzəyev iştirakçıları salamlayaraq təlimin əhəmiyyətini vurğulayıb və sözü Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya verib. O, son dörd ildə Jurnalistika fakültəsində hərbi jurnalistika sahəsində tələbələrin maariflənməsi yönündə görülən işlər barədə qısa məlumat verib. Qeyd edib ki, “Media könüllüləri - 145” layihəsi çərçivəsində bundan sonra da ardıcıl şəkildə tələbələrin peşəkar jurnalist kimi yetişmələrinə dəstək olacaq müxtəlif maraqlı təlimlər təşkil ediləcək. Daha sonra çıxış edən Global Journalism Council təşkilatının rəhbəri Mehmet Ali Dim də hərbi jurnalistikanın son dərəcə vacib və əhəmiyyətli sahə olduğunu bildirib. O, gənc jurnalist-tələbələrin bu sahəyə olan marağının əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın bu sahədə görüləcək işlərə daim dəstək verəcəyini açıqlayıb.

 

Görüşdə təlimçi kimi iştirak edən dünyanın tanınmış savaş jurnalisti İrfan Sapmaz öz bilik və təcrübəsini azərbaycanlı tələbələrlə bölüşüb. O, dünyanın əksər qaynar nöqtələrində, o cümlədən 1990-cı illərdə Kəlbəcər, Şuşa, Laçın, Zəngilan rayonlarında hərbi jurnalist kimi fəaliyyət göstərdiyini qeyd edib. İrfan Sapmaz I Qarabağ müharibəsi ilə 27 sentyabr-10 noyabr tarixlərində baş verən Vətən müharibəsinin media baxış bucağı kontekstindən fərqlərini izah edib. O, sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Yekunda çıxış edən Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı “Media könüllüləri - 145” layihəsinin uğurlu layihə olduğunu vurğulayıb. O, layihə çərçivəsində bu kimi tədbirlərin davamlı olacağını bildirib.

 

Tələbələr keçirilən hər 3 seminardan razı qalıb və məmnuniyyətlərini bildiriblər.

 

Seminarlarda iştirak edən könüllülərə Global Journalism Council təşkilatının sertfikatları veriləcək. Eyni zamanda, "Media Könüllüləri -145 " layihəsində fəallığı ilə fərqlənən tələbələr jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, “Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. Layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə icra olunan bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir.

 

Nəzrin MİKAYILOVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27