Modern.az

Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı

Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı

5 Dekabr 2020, 10:52

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən elan edilmiş xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu “Covid-19” virusu ilə bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl etməyiblər.

Vətəndaşlar həmin müddəti evdə keçirməli olduqları halda, 4 dekabr 2020-ci ildə yaşadıqları evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışlar.
Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır