Modern.az

Ombudsmanın “Əsgərə məktub”u

Ombudsmanın “Əsgərə məktub”u

Mədəni̇yyət

22 Dekabr 2020, 08:57

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

 

Bu dəfə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Əsgərə məktub”unu təqdim edirik:

“Salam, Azərbaycan Əsgəri! Sən Vətənin Zəfər tarixini öz canın, şücaətin, qorxmazlığın və mərdliyinlə yazdın! Sənin qəhrəmanlığın qarşısında düşmən tab gətirə bilmədi. Onların necə aciz və qorxaq olduqlarını Sən dünyaya öz yenilməz qüdrətinlə göstərdin.

Sən Vətən həsrətli, nisgilli könülləri Böyük Qələbə sevinci ilə fərəhləndirdin,

Azərbaycan Əsgəri! Xalqımızın qürurunu ucaltdın, ümid işığını alovlandırdın.
Vətənə borcunu ləyaqətlə yerinə yetirdin. Təcavüzkarın mənfur niyyətləri alt-üst oldu. Ata-babalarımızdan miras qalan yurdumuzda sülhü, əmin-amanlığı bərqərar etdin. Azad etdiyin hər qarış Vətən torpağında sənin ayaq izlərin var, igidim!

Sən Müzəffər Ali Baş Komandanın uzaqgörənliyi, zəkası, “dəmir yumruğu” ilə birləşən gücünlə xəyalları gerçək etdin! Başımızın tacı, mədəniyyətimizin beşiyi Qarabağımızda dalğalanan ay-ulduzlu bayrağımızın əzəməti Sənin rəşadətinlə daha da ucaldı!

Allah Səni qorusun, Azərbaycan Əsgəri!”.


Fidan İlqarqızı

***


Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u

İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u
Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u

Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u

Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  

Alim Qasımovun “Əsgərə məktub”u
Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  

Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u 
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 
Yaqub Məmmədovun "Əsgərə məktub"u  
Səkinə İsmayılovanın “Əsgərə məktub”u 
Polad Həşimovun anasının “Əsgərə məktub”u  
İbad Hüseynovun “Əsgərə məktub”u 
Etibar Məmmədovun “Əsgərə məktub”u 
Topçu Vüsalın atasından “Əsgərə məktub”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı