Modern.az

“Nizami Gəncəvi İli”nin elan edilməsi sürpriz oldu - Rəşad Məcid

“Nizami Gəncəvi İli”nin elan edilməsi sürpriz oldu - Rəşad Məcid

Ədəbi̇yyat

5 Yanvar 2021, 14:32

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.


2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.  Sərəncama əsasən,  Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

 


Azərbaycan yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a deyib ki, 2021-in “Nizami ili” olması hamı üçün sürprizdir:

 


“Bildiyimiz kimi, iki il bundan qabaq ölkəmizdə “Nəsimi ili” elan olunmuşdu. Cənab prezidentin “Nəsimi ili” elan etməyinin digər səbəbi isə siyasi məsələlər idi.

Bu ilin də “Nizami ili” olması bizə süpriz oldu. Bu cənab prezidentin böyük məna yükü olan müdrik addımıdır.

Nizami Gəncəvi Azərbaycan dilində yazmasa da, düşüncəsinə görə Azərbaycan şairidir. Azərbaycanın şəhəri olan Gəncədə dəfn olunub, onun məqbərəsi də bizim üçün əzizdir”.

 


R.Məcidin sözlərinə görə, dünya bu il Nizami Gəncəvinin yaradıcılığına bir daha nəzər salacaq:

 

“Çox güman ki, “Nəsimi ili”ndə olduğu kimi, bu il də dünya Nizami Gəncəvinin yaradıcılığına bir daha qayıdacaq. Dünya bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olmağına şahidlik edəcək. Amma “Nəsimi ili”ndə olduğu kimi, bu il də məsuliyyət tək yazıçıların üzərinə düşməyəcək. Bütün səfirliklər, müəssisələr bu ilə öz töhfələrini verəcəkdir.

Əlbəttdə ki, yazıçılar da hər zaman bu irsin qorunmağını təbliğ ediblər. Bu il elan olunandan sonra həm Yazıçılar Birliyi, həm də Mədəniyyət Nazirliyi silsilə tədbirlər həyata keçirəcək”.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev də Nizami irsinə xüsusi diqqət yetirmişdi. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdı. Dahi şairin 1981-ci ildə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı