Arxiv
14 Sentyabr 2009, 12:18 | MEDİA
Sosial statussuz jurnalist ordusu

Onlar nə vaxta qədər mənzilsiz qalacaq?

Bir neçə gün əvvəl 40 millət vəkilinə mənzil verilməsilə bağlı yayılan məlumat  məni bir jurnalist olaraq  daha dərindən düşünməyə vadar etdi. Elə düşünməyin ki, bu xəbəri eşitdikdən sonra qısqanclıq, yaxud paxıllıq hissi məni rahat buraxmır. Qoy olsun, onlar da bizim özümüzünkülərdir, onları bizlər millət vəkili etmişik. Millət vəkillərimiz nə qədər dəbdəbəli mənzillərdə yaşasalar, nə qədər təmtəraqlı həyat tərzi keçirsələr bir o qədər xalqa «yaxın» olarlar.  Əslində  çox rahat və ümidli oldum ki, nə vaxtsa biz jurnalistlər də bu imkandan yararlanıb mənzil almaq arzusunu reallaşdıra biləcəyik. Məni isə  maraqlandıran millət vəkillərinə 2, 3, 4, 5 otaqlı mənzillərin belə sadə mexinizmlə verilməsildir ki, bu da jurnalistin yaşayıb yaratmaq eşqini artırır.  Əgər belə olmasaydı bəzi millət vəkilləri təkrarən mənzil ala bilməzdilər. Keçmiş jurnalist, indiki millət vəkili Aynur Camalqızı mətbuata açqlamasında bildirir ki, «eşitdim deputatlara mənzil verirlər, mən də müraciət etdim və mənzil aldım». İndi gördünüz mənzil almaq necə gə asan bir məsələdir.  Sadəcə, müraciət edirsən və sənə şəhərin məkəzində 3-4 otaqlı mənzil verirlər. Məhz bu məqamda məhşur bir filmdəki  sual yada düşür: «Bəs o əjdahadan bizdə niyə yoxdur». Ötən 135 il ərzində Azərbaycan mətbuatı cəmiyyətə neçə-neçə maarifçi, demokrat, yazıçı-publisist daha nə bilim kimləri  bəxş etməyib. Ancaq onlardan kiməsə jurnalist, yaxud mətbuat işçisi olduğuna görə dəbdəbəli şərait olan yox,  adicə kiçik bir daxmanın belə verilməsi  reallaşmayab. Yalnız son illərdə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən  redaksiyalara müəyyən məbləğdə vəsait ayrılıb ki, onun da bəzi media kaptanları tərəfindən hansı ədalət prtinsipi ilə bölüşdürülməsi jurnalistlərin içini didib-dağtmaqdadır.  Əslində belə demək mümkündürsə, heç bu barədə düşünən belə olmayıb. Təkcə Tərəfsiz Jurnalistlər Birliyi (PJB)  bir neçə ildir ki, bu istiqamətdə mübarizə  aparırr, onun  da səsi hələ ki, Mətbuat Şurasından o yana keçməyib. İnsafən deyim ki, bu jurnalist təşkilatının təklifini hökumət üçün  daha sərfəli və ədalətli hesab etmək olardı. Təklif ondan ibarət idi ki, paytaxtın istənlən ərazisində  müəyyən torpaq sahəsi ayrılsın ki, Jurnalist Mənzil Tikinti Kooperativi orada jurnalistlər üçün  öz hesadına mənzil tikdirə bilsin. Təssüf ki, bu təklif nəinki keçmədi, heç onu dinləyən belə tapılmadı. Maraqlıdır, görəsən bizdə jurnalistlərə qarşı belə biganəlik haradan qayanqlanır?  

Qətiyyətlə deyə bilərəm ki, jurnalistlər fəaliyyətində  heç  də üzərlərinə kiçik vəzifə və öhdəlik götürməyiblər. Əslində öz peşə vəzifəsini yerinə yetirərək heç  kimin  deyə bilmədiyini deyir. Məsələn, ziyalının deyə bilmədiyin deyir, məmurun edə bilmədiyni edir.  Cəmiyyətdəki nöqsanları, məmurların qeyri-qanuni hərəkətlərini aşkar edir, çıxış yolu göstərir, onları tərbiyyə etməyə çalışır. Eyni zamanda, təhqirə və təzyiqə məruz qalan ziyüalılar və ya məmurların müdafiəsinə qalxaraq haqqı-ədaləti müdafiə edir. Millət və dövlət üçün təhlükə yarandıqda «qələmini süngüyə çevirir».  Dövlət öz siyasətini və ibeologiyasını mətbuat vasitəsilə təbliğ edir, cəmiyyəti maarifləndirir.   «Mətbuat cəmiyyətin aynaçıdır», «Mətbuat hakmiyyətin dördüncü təkəridir» deyimləri təsadüfən yaranmayıb. Yeri gəlmişgən onu da qeyd ediğ ki, bu deyimlər yalnız mətbuatdan öz maraqları üçün istifadə zamanı dilə gətirilir. Azərbaycan mətbuatında çalışan jurnalistlərin 70 faizindəqən çoxunun mənzilinin olmaması isə heç kimi maraqlandırmır, onların müdafiəsinə qalxan tapılmır.  Tədbirlərini işıqlandırmaq üçün dövlət və qeyri-dövlət təşkilatları jurnalistləri dəvət edir, lakin onlar üçün əyləşməyə belə yer də təşkil etmirlər. Ən yaxşı halda arxa cərgədə əyləşməyə məcbur edirlər.  Buna baxayaraq, peşə fəaliyyətnin hər şeydən uca tutan jurnalistlər boş-boş, mənasız çıxışlardan normal məqalə düzəldib ictimaiyyətə təqdim edir. Jurnalistlərin hüquqlarının müdafiəsi məsələsi ortaya çıxanda isə cəmiyyət birmənalı onların üzərinə hücuma keçir. Guya cəmiyyətdə yalnız jurnalistlər arasında peşə etikasına riayət etməyənlər var. Burada məhşur filmdən bir fraza yada düşür: «Bəs qızına elçi göndərəndə Əliş kişiyə atamdır deyirdin». 

Hesab edirəm ki, jurnalistlərə qarşı belə biganə münasibətin formalaşması  cəmiyyətdə onların heç bir statusa malik olmaması ilə bağlıdır. Məhz bu səbəbdən jurnalistlər  heç bir qanuni imtiyazdan, sosial güzəştlərdən  yararlana bilmirlər. Dövlət qulluqçuları, hüquq mühafizə orqanları , hərbi qulluqçular, elmi işçilər, müəllilər  və sadalamadığım bir çox kateqoriyadan olan insanlara  bir sıra sosial imtiyazlardan istifadə üçün imkan yaradıldığı halda, jurnalistlrə mənzil şəraitlərini yaxşılaşdırmaq üçün  adi güzəştli ipoteka krediti verilmir. Deyəsən, söhbət bir az yuxarıdan getdi, axı jurnalistlərə iş yerindən əmək haqqı barədə verilən rəsmi  arayış adi mobil telefon almaq üçün etibarsız sayılır. Qəribədir, jurnalistlər dövlət  və millət üçün daha nələr etməlidir ki, onun cəmiyyətdə statusu müəyyən edilsin?  Məhz jurnalistlərin cəmiyyətdəki statusu qeyri-müəyyən olduğundan onların adi peşə bayramı yoxdur, həmkarlar təşkilatları fəaliyyət göstərmir, jurnalistlər arasında həmrəylik nümayiş etdirilmir. Ona görə də bəzi jurnalistlər əmək müqaviləsiz işə cəlb edilir, iş vaxtından artıq işlədilir, bir çox redaksiyalarda ikili mühasibat tətbiq edilir ki, bunun da ağrı -acısını jurnalistlər çəkməli olur. Nə qədər ki, redaksiyaların özündə jurnalistlə belə münasibət bəslənir çətin ki, cəmiyyətdə onların statusu müəyyən edilə. Deməli, biz jurnalistlər hələ çox illər mənzilsiz yaşamalı olacağıq.

 

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24