Modern.az

Goranboyun iki kəndində yanğın

Goranboyun iki kəndində yanğın

Aktual

14 Yanvar 2021, 21:40

Goranboy rayonunun Qarasüleymanlı kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

FHN-in yaydığı digər məlumata görə, Goranboy rayonunun Eyvazlılar kəndində də həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!