Modern.az

Təhsil Nazirliyində yeni TƏYİNAT

Təhsil Nazirliyində yeni TƏYİNAT

Təhsil

15 Yanvar 2021, 14:55

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

 

Modern.az xəbər verir ki, Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.

 

Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

 

N.Məmmədli bu vəzifəyə qədər Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.

 

Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O eyni zamanda Nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir