Modern.az

Onlayn dərslərdən yayınan müəllimlərə XƏBƏRDARLIQ

Onlayn dərslərdən yayınan müəllimlərə XƏBƏRDARLIQ

Təhsil

15 Yanvar 2021, 15:50

Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır.

Modern.az xəbər verir ki, bunu “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi