Modern.az

Cəlilabadda ağır qol qəzası - ölən və yaralananlar var

Cəlilabadda ağır qol qəzası - ölən və yaralananlar var

Aktual

17 Yanvar 2021, 23:03

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

 

Modern.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir