Modern.az

Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurdu

18 Yanvar 2021, 00:30

Bakının Nəsimi rayonun yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Füzuli küçəsi 53 ünvanında qeydə alınıb.

 

1964-cü il təvəllüdlü İsmayılova Həcər Sadıq qızı yol süpürən zaman onu minik avtomobili vurub. Hadisə şahidlərinin köməkliyi ilə qadın xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsi və qarnının küt travması, o cümlədən diz qapağının sınığı diaqnozu qoyulub.

 

Qeyd edək ki, H.İsmayılova Nəsimi Rayon Mənzil Kommunnal Təsərüffat Birliyinin əməkdaşıdır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi