Modern.az

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə vaksin vuruldu - FOTOLAR

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə vaksin vuruldu - FOTOLAR

Ölkə

18 Yanvar 2021, 11:08

18 yanvar 2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində Səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.

 

Modern.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir O. Şirəliyev bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır:

 

“Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilmişdir. Vaksin çox effektlidir və mənfi təsirləri olmayıb”.

 

Agentlik sədri Z.Əliyev qeyd edib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb:

 

 ““Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.

 

Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

 

Məlumat üçün bildirək ki, “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Peyvəndləmə aşağıdakı ardıcıllıqla aparılacaq:

 

1-ci mərhələdə - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;


2-ci mərhələdə - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi