Arxiv
18 Yanvar 2021, 16:14 | ÖLKƏ
İlham Əliyev Sumqayıtda təməl qoydu, açılış etdi - TƏFƏRRÜAT

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.


Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.


Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.


Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.


Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.


“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.


Dövlətimizin başçısı müəssisənin təməlini qoydu.


Bildirildi ki, təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.


XXX


Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.


Prezident İlham Əliyev zavodun təməlini qoydu.


Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.


XXX


“Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.


Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.


Dövlətimizin başçısı zavodu işə saldı.


Məlumat verildi ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.


XXX


Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.


Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18 Həbsdən çıxan mayor birinci əsgərlərini soruşdu 25 Fevral 2021, 09:12 İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ 25 Fevral 2021, 09:06 Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdı 25 Fevral 2021, 09:00 Banklarda bu günə olan valyuta məzənnəsi 25 Fevral 2021, 08:59 Myanmada güclü zəlzələ 25 Fevral 2021, 08:54 Xəzərin sahili buz bağlayıb - FOTO 25 Fevral 2021, 08:50 Bu ölkədə turizmin dirçəldilməsinə 11 milyard yardım ayrıldı 25 Fevral 2021, 01:10 UEFA azarkeşlərlə bağlı qərar verəcək 25 Fevral 2021, 01:00