Modern.az

Tramp vida çıxışı HAZIRLADI

Tramp vida çıxışı HAZIRLADI

19 Yanvar 2021, 08:47

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Vaşinqton administrasiyası rəhbəri vəzifəsində vida videomüraciəti yazıb.

 

Modern.az bildirir ki, bu barədə “CNN” telekanalı mənbəsinə istinadən xəbər verib.

 

Onun məlumatına görə, videoyazı çərşənbə axşamı günü yayımlana bilər, baxmayaraq ki, son tarix hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, Tramp öz çıxışında prezident postunda əldə olunan ən mühüm nailiyyətləri sadalayıb. O, müraciətdə “yeni administrasiya” haqda da danışıb, lakin seçilmiş Prezident Cozef Baydenin komandasına dair fikir konteksti dəqiqləşdirilmir.

 

Qeyd edək ki, Bayden və seçilmiş vitse-prezident Kamala Harrisin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir