Modern.az

Parlament azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək

Parlament azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək

19 Yanvar 2021, 16:06

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahəsinin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Həmçinin, komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi