Modern.az

Pandemiyanın dünya üçün yaradacağı RİSKLƏR

Pandemiyanın dünya üçün yaradacağı RİSKLƏR

Dünya

19 Yanvar 2021, 17:09

Dünya İqtisadi Forumu yaxın 10 ildə COVID-19 infeksiyasının qlobal böhranın mənbəyi olacağını açıqlayıb.

Modern.az xəbər verir ki, bəşəriyyəti gözləyən təhlükələr arasında infeksion xəstəliklər, ekstremal hava şəraiti və hakimiyyətin rəqəmsal konsentrasiyası yer alır.

 

“Qlobal risklər 2021” adlı hesabatda uzunmüddətli risklərə diqqət edilməyəcəyi təqdirdə gələcəkdə yeni böhranların başlanmasından bəhs olunur.

“COVID-19-un insani və iqtisadi itkiləri çoxdur. Və onun sosial sarsıntı, siyasi qarışıqlıq və geosiyasi gərginlik kimi nəticələri yaxın onilliklərdə gündəmi müəyyən edə bilər”.

 

Uzunmüddətli perspektivdə (5-10 il) əsas risklər kütləvi qırğın silahı, dövlətçiliyin süqutu, biorəngarəngliyin itirilməsi, texniki naliyyət və təbii resursların çatışmazlığı əsas problem olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi