Arxiv
19 Yanvar 2021, 19:32 | AKTUAL
Dillər Universitetində seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1, Təhsil 2, Tərcümə fakültələri və Magistratura şöbəsinin birgə təşkiltçılığı ilə 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib. 

 

Modern.az xəbər verir ki, seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov  açaraq bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada  həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin  20 Yanvar günü müasir tariximizin  həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin  gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”

 

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğunu qeyd edərək bildirib ki, həmin gün Azərbaycan xalqı çox ağır imtahan verdi: “Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd  yanaşırdı”.

 

Sonra rektor məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı çıxış edərək qeyd edib ki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında  yüz qırx yeddi  nəfər qətlə yetirilmiş,  yeddi yüz qırx dörd nəfər yaralanmış, səkkiz yüz qırx bir nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri,  uşaqlar,  qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, bu qanlı cinayətə görə  məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi-hüquqi münasibət bildirildi. O, diqqətə çatdırıb ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

 

Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev çıxış edərək bildirib ki, o qanlı hadisə baş verən zaman vətənin mübarizəsinə təkcə azərbaycanlılar deyil, eyni zamanda ölkəmizdə məskunlaşan digər millətlərin nümayəndələri də qalxmışdılar, onlar da Azərbaycanı öz vətənləri hesab edərək, onun yolunda şəhid olmağı fəxr bilmişdilər. Bu həm də, ölkəmizin multikultural dövlət olduğunu göstərirdi.

 

Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova qeyd edib ki, şəhidlik böyük zirvədir və hər kəsə nəsib olmur. Gərək cəsur, mərd, igid, mübariz, vətəni ürəkdən sevən bir vətəndaş olasan ki, bu ada layiq ola biləsən. O bildirib ki, 20 yanvar hadisəsi nə qədər ağrılı, faciəli olsa da, bir o qədər də qürurludur, biz onlarla fəxr edirik.

 

Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxış edərək, Qanlı 20 yanvarın tarixindən bəhs edərək bildirib ki, Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır. O, bu gün firavan bir ölkədə yaşadığımız, uşaqlarımızı vətənpərvəlik ruhunda böyütdüyümüz üçün xoşbəxt olduğumuzu vurğulayıb.

 

Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov tədbir iştirakçılarına Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib. O, 20 yanvar tarixinə olan münasibətimizin dəyişdirilməli, 20 yanvarın əslində faciə kimi deyil, qəhrəmanlıq günü kimi qeyd olunmalı olduğunu bildirib. Bu günün Azərbaycan xalqının 200 illik mübarizə tarixinin pik nöqtəsi kimi qəbul olunmalı olduğu deyib.

 

Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva  faciədə həyatını itirən Ülvi Bünyadzadəni yad edib və Universitet rəhbərliyinə ona həsr olunan guşə və auditoriya üçün təşəkkür edib.

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. 

Magistratura şöbəsinin tələbəsi Lamiyyə Əhmədzadə və Təhsil 1 fakültəsinin tələbəsi Nurlan Tağızadə 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər.

Daha sonra faciənin canlı şahidləri olan iclas iştirakçıları - Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Mülayim Bağırova həmin gün haqqında öz təəssüratlarını danışıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19 Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI 27 Fevral 2021, 18:02 Saatlıda 65 yaşlı qadın dəm qazından boğulub 27 Fevral 2021, 17:50 AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlıq edəcək 27 Fevral 2021, 17:36 “Bakıya 12 saat yağan qar fövqəladə vəziyyət idi” – Eldar Əzizov 27 Fevral 2021, 17:17