Arxiv
21 Yanvar 2021, 10:45 | PARLAMENT
Ağdabandan qayıdan deputat: “Ermənilərin yaşadığı kənddən keçməklə onlara bir mesaj verdik...”

Milli Məclisin 123 saylı seçki dairəsindən olan deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər edib.


Səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşən deputat bildirib ki, Kəlbəcər noybarın 25-də Azərbaycana qaytarılsa da, Ağdaban kəndinə gediş-gəliş yox idi:


“Şükürlər olsun ki, arzumuz yerinə yetdi. Bir qrup sakinlə Ağdaban kəndinə getdik. Məqsəd işğaldan azad edilmiş Kəlbəcərə baş çəkmək, oradakı vəziyyətin canlı şahidi olmaq və əsgərlərimizlə görüşmək idi. Kəlbəcər noyabrın 25-də azad edilsə də, rayonun Ağdaban və Çayqovuşan kəndlərinə gediş-gəliş yox idi. Çünki o kəndlər Ağdərə rayonu ilə həmsərhəd olduğuna görə insanları ora buraxmırdılar”.


Ağdabanda Aşıq Şəmşirin məzarını ziyarət edən deputatın sözlərinə görə, erməni vandallığı məlum ssenari ilə burada da həyata keçirilib:


“Biz Ağdaban və Çayqovuşan kəndlərini ziyarət etdik, kəndin hər qarışını gəzdik. Dədə Şəmşirin qəbrini ziyarət etdik. Təbii ki, həmin ərazilərdə qəbiristanlığın vəziyyəti hamıya bəllidir. Ermənilər öz vandallığını Ağdaban kəndində də göstəriblər. Kənd yerlə-yeksan olunub. Bir salamat dam belə tapa. Düzdür, o mənzərə bizə xoş təsir etmədi. Buna baxmayaraq, əsas məsələ o torpaqlarımıza ayaq basmağımız idi. Boya-başa çatdığımız torpaqlara gedə bildik”.


Aqil Məmmədovun sözlərinə görə, Ağdaban və Çayqovuşana getmək üçün ermənilərin yaşadığı kəndlərin içindən keçməli olublar:


“Ağdaban və Çayqovuşan kəndlərinin yolu hələ minalardan təmizlənməyib. Buna görə də biz Rusiya sülhməramlılarının müşayiəti ilə ermənilərin yaşadığı Çapar kəndinin içindən keçdik. Həmin kənddə ermənilər yaşayır. Azərbaycan seriyalı maşınların erməni kəndlərindən keçib getməsi onlara mesaj idi ki, biz artıq öz kəndimizə qayıdırıq. Tezliklə Ağdaban yolu da bərpa olunacaq. Ağdaban yoluna qayıdışımızı da, orada yaşayışımızı da bərpa edəcəyik. Məndən tez-tez Ağdərə-Kəlbəcər yolunun açılıb-açılmayacağını soruşurlar. Əminəm ki, yaxın zamanlarda Ağdərə-Kəlbəcər yolu ilə bağlı məsələ öz həllini tapacaq. İnsanlarımız o yoldan da istifadə edəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR 5 mart 2021, 17:30 Transxəzər Fiber Optik Kabel Xətti layihəsi "Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları" tədbirində vurğulanıb - FOTO 5 mart 2021, 17:26 Zaqatalada yeni fındıq emalı fabriki yaradılır 5 mart 2021, 17:22 “Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi 5 mart 2021, 17:12 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54