Modern.az

Şəhid xəbəri gələn daha bir zabitimiz dəfn olundu - FOTO

Şəhid xəbəri gələn daha bir zabitimiz dəfn olundu - FOTO

Aktual

23 Yanvar 2021, 23:35

 

Vətən müharibəsində şəhid olan daha bir hərbçimiz dəfn edilib. 

 

Modern.az xəbər verir ki, söhbət baş leytenant Mikayılov Rahim Qalib oğlundan gedir. Murovdağ istiqamətində itkin düşən zabitimizin 107 gün sonra nəşi Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, baş leytenantın itkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

 

Allah rəhmət eləsin!

 

Şəhid xəbəri gələn daha bir zabitimiz dəfn olundu


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır