Modern.az

“Turizm haqqında” yeni qanun layihəsi: Qarabağ da yer alacaq

“Turizm haqqında” yeni qanun layihəsi:  Qarabağ da yer alacaq

Parlament

24 Yanvar 2021, 14:30

Milli Məclis “Turizm haqqında” yeni qanun layihəsi hazırlayır.

 

Modern.az-ın xəbərinə görə, qanun layihəsində işğaldan azad edilmiş Dağlıq Qarabağın turizm potensialı əks olunacaq. Həmçinin, Dağlıq Qarabağın həm yay, həm qış, həm də aqro(kəndli) turizmindən istifadə etmək planlaşdırılır.

 

Eyni zamanda, qanun layihəsində Turizmlə məşğul olmağa başlayan insanlara ilk illərdə müəyyən imtiyazların, fazisiz kreditlərin verilməsi məsələləri gündəmdə ola bilər. Hazırda “turizm haqqında” qanun layihəsi ilə İşçi qrupu məşğul olur.

 

Layihədə həm xarici, həm də daxili turizmin inkişafı üçün bütün detallar nəzərə alanacaq. Aprel-may aylarında qanunun qəbul olunacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?