Arxiv
25 Yanvar 2021, 14:45 | AKTUAL
Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında bildirilib.


Rəsmi məlumta görə,  əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

Bildirilib ki, hesabat dövründə respublikanın paytaxtı və digər rayon, şəhələrində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə 415 cinayət işi başlanıb ki, bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

 

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə  rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.


Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi  tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə  qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.


Qeyd olunub ki, 2019-cu illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.


Belə ki, hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib. Barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yağan qar yollardan təmizlənir - FOTOLAR 25 Fevral 2021, 12:15 Erməni əsgər anaları ayağa qalxdı: “Övladlarımızı Qarabağa göndərməyin!” 25 Fevral 2021, 12:13 “Azərişıq” sahibkarlara müraciət etdi 25 Fevral 2021, 12:10 Azad olunmuş ərazilərə keçmək istəyən daha 3 nəfər tutuldu - FOTO 25 Fevral 2021, 12:05 Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar 25 Fevral 2021, 12:00 Xarici jurnalistlər Bakıya gəldilər 25 Fevral 2021, 11:54 BANM Stokholm Universiteti ilə mütəxəssis hazırlığına başlayır 25 Fevral 2021, 11:48 "Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib 25 Fevral 2021, 11:42 Onunçün öyrətdim ki, əlimi bu sənətə… 25 Fevral 2021, 11:36 İcra başçısı vətəndaşların problem və müraciətləri dinlədi - FOTOLAR 25 Fevral 2021, 11:32 Səbinə Əliyeva Avropa Şurasının üzvləri ilə görüşüb 25 Fevral 2021, 11:27 Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 “Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb! - Spiker tamamilə haqlıdır” - Deputat 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54