Arxiv
25 Yanvar 2021, 16:11 | AKTUAL
Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə müraciət - VİDEO

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, qışda qarın yağması ilə təbiətin ağ örpəyə bürünməsi ətrafda gözəl mənzərə yaratmaqla yanaşı, bir sıra hallarda insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, bəzən insanların müxtəlif məqsədlərlə - ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

 

Qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

 

Əgər qar uçqunu başlayıbsa:

 

qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;

 

uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

 

Uçqun sizi yaxalayıbsa:

 

nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

 

qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

 

axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

 

uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

 

qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

 

Soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!-deyə məlumatda bildirilir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı 7 mart 2021, 12:23 “YAP-la bağlı adama nə qədər sual verərlər…” - Eldar Sabiroğlu partiyada qalır? 7 mart 2021, 12:17 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mart 2021, 12:15 Xərçəngin qənimi: Pomidor, brokkoli və zəncəfil... 7 mart 2021, 12:12 Gəncədə ər və arvad dəm qazından zəhərləndi 7 mart 2021, 12:05 Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı 7 mart 2021, 11:58 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı 7 mart 2021, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi 7 mart 2021, 11:44 Güclü külək məktəbin dam örtüyünü uçurdu 7 mart 2021, 11:38 İTBAŞI (18-ci bölüm) 7 mart 2021, 11:34 Ermənistan virusun cəngində: yoluxma artdı 7 mart 2021, 11:18 Şirvan xanlığının TARİXİ 7 mart 2021, 11:14 Gürcüstanda  koronavirusdan ölənlərin sayı artdı 7 mart 2021, 11:08 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ 7 mart 2021, 10:50 İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir 7 mart 2021, 10:47 Məmur olmaq istəyənlər imtahan verir 7 mart 2021, 10:39 Türkiyənin təhlükəsizlik qüvvələrindən 2 milyon dollarlıq PKK əməliyyatı 7 mart 2021, 10:28 Gürcüstanda 14 yaşlı uşağa təcavüz edən daha bir nəfər saxlanıldı 7 mart 2021, 10:20 "Taliban" 7 əfqan hərbçisini qətlə yetirdi 7 mart 2021, 10:10 Füzulinin Qarakollu kəndindən VİDEO 7 mart 2021, 10:00 Şəmkirin DYP rəisi vəzifəsindən azad edildi 7 mart 2021, 09:51 Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu 7 mart 2021, 09:45 BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi 7 mart 2021, 09:38 Bakı sakini evində bıçaqlandı 7 mart 2021, 09:28 Sərnişin stüardessaya hücum çəkdi - təyyarə məcburi eniş etdi 7 mart 2021, 09:20 Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi 7 mart 2021, 09:12 ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı 7 mart 2021, 09:05 Şagirdlər üçün buraxılış imtahanı keçirilir 7 mart 2021, 08:59 Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı 7 mart 2021, 08:51 "Barselona" səfərdə qələbə qazandı 7 mart 2021, 02:01 Fransada polislə toqquşmalar 7 mart 2021, 01:00 Avropa rus qazının alışını artırır 7 mart 2021, 00:49 Cənubi Amerika zonasının oyunları təxirə salındı - DÇ-2022 7 mart 2021, 00:35 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 7 mart 2021, 00:21