Modern.az

Baş nazir istefa verəcək

Baş nazir istefa verəcək

Aktual

25 Yanvar 2021, 23:29

İtaliya Respublikasının baş naziri Cüzeppe Kontenin vəzifəsindən istefa verəcəyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazirin rəsmi iqamətgahı məlumat yayıb.

 

Qeyd olunub ki, sabah (26 yanvar - Red) Nazirlər Kabinetinin iclası keçiriləcək:

 

“İclasda baş nazir istefa verəcəyini bəyan edəcək. Daha sonra istefa ərizəsini İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təqdim edəcək”.

 

İstefanın formal xarakter daşıyacağı ehtimal olunur, çünki Kontenin yeni mandat alması və parlamentdə daha geniş dəstək alacaq kabinet qurma imkanı qazanması mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü