Arxiv
26 Yanvar 2021, 13:19 | HADİSƏ
Xırdalandakı partlayışla bağlı cinayət işi AÇILDI

Yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi baradə Abşeron rayon prokurorluğuna məlumat   daxil olub.                                

Baş Prokurorluqdan Modern.az-ın məlumatına görə, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının  iştirakı ilə hadisə yerinə baxış keçirilib:

 

“1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilib. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.

 

Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev,həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri almış, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib”.

Qeyd edilən ünvanda yerləşən ikimərətəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilib. Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir”.

Rəsmi məlumata görə, iş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44 Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq - DEPUTAT 1 mart 2021, 11:41 Talış kəndinə getmək istəyən Tərtər sakinləri SAXLANILDI 1 mart 2021, 11:37 Azərbaycanda dəhşətli qətl - bacı qardaşını bıçaqladı 1 mart 2021, 11:33 Baş infeksionist əhaliyə müraciət etdi 1 mart 2021, 11:29 AZƏRTAC-ın 101 yaşı tamam olur 1 mart 2021, 11:24 1 nəfər virusa yoluxdu, 1,5 milyon insan karantinə alındı 1 mart 2021, 11:21 Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat TAPILDI 1 mart 2021, 11:17 DYP-dən sürücülərə xəbərdarlıq - Texniki baxışdan keçməyənlər cərimələnəcək 1 mart 2021, 11:13 “YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi - VİDEO 1 mart 2021, 11:09 Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanıldı - VİDEO 1 mart 2021, 11:04 Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır 1 mart 2021, 11:00 Tramp yenidən ABŞ prezidenti olmaq İSTƏYİR 1 mart 2021, 10:59 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək 1 mart 2021, 10:55 Ermənilər faşist liderlə bağlı Azərbaycanın tələbini YERİNƏ YETİRDİ 1 mart 2021, 10:52 NASA astronavtları kosmos gəzintisinə çıxdılar - VİDEO 1 mart 2021, 10:47