Modern.az

Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB

Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB

Aktual

26 Yanvar 2021, 16:23

Xətai rayonunda intihar edən şəxsin kimliyi bilinib. Modern.az-ın məlumatına görə, yanvarın 26-da saat 15 radələrində intihar edən şəxs1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğludur.

 

Belə ki, Y.Mahmudov yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hazırda faktı üzrə  Xətai rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

***

Bakıda daha bir intihar hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, bu dəfə hadisə paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsi 18-də qeydə alınıb.

Gənc oğlan özünü çpxmərtəbəli binadan atıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerinə cəlb olunub, intiharın səbəbləri araşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir