Modern.az

Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ

Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ

26 Yanvar 2021, 17:17

İşğaldan azad olunmuş ərazilərə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

 

Baş direktor qeyd edib ki, hazırda dövlət tərəfindən müəyyən olunmuş proqram üzrə işlər davam etdirilir:

 

“Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələlik layihə işləri gedir. Konkret hansısa işlərə başlanması üçün vaxt  dəqiqləşməyib”.

 

R.Əliyevin sözlərinə görə, ilkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur:

 

“Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bu ilkin layihədir və ola bilər ki layihə dəyişə bilər. Həmçinin, artıq işğaldan azad olunmuş ərazilərdə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb. Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən ediləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir