Arxiv
27 Yanvar 2021, 21:27 | AKTUAL
Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO

Yanvarın 27-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) “Helsinki +50 istiqamətində: Ortaq məqsədin yenidən təsdiqlənməsi” mövzusunda dəyirmi masası keçirilib.

 

Modern.az xəbər verir ki, dəyirmi masa iştirakçıları ATƏT-in beynəlxalq institut kimi gələcək fəaliyyətinin səmərəli qurulması, institusional islahatlar və qəbul olunan qərarların icrasına nəzarət mexanizmləri kimi məsələləri müzakirə ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT-in regional dialoqun təkmilləşdirilməsində və regionda sülh yaradacılığı və təhlükəsizliyin bərqərar olunması proseslərində daha yaxından iştirakını təmin etməyin mümkün yollarına toxunub:

 

“Dialoq və onun təkmilləşdirilməsi yolları haqqında fikirlərimi qısaca bölüşmək istəyirəm. Fikrimcə, dialoq üçün daha çox sahə və platformaya ehtiyac var. 

Effektiv müzakirələr və dialoq vasitəsilə bir çox məsələlərdə ortaq məxrəcə gəlmək üçün ATƏT institutlarının mövcud mexanizm və alətlərini geniş istifadə etmək lazımdır. 

ATƏT PA mühüm məsələlərin müzakirəsi üçün təsirli rol oynayan 2 Xüsusi Komitə (Terrorçuluqla Mübarizə və Miqrasiya üzrə), Prosedur Qaydaları və İş Praktikası üzrə Alt Komitə və qeyri-rəsmi İpək Yoluna Dəstək Qrupu kimi alətlərdən istifadə edir. 

Qərarların qəbul edilməsi prosesində iştirak edən şəxsləri və ölkələrimizin hökumətlərinin yüksək vəzifəli rəsmilərini bu dialoq platformaları çərçivəsində verilmiş məsələlərə dair fikir və planlarını bölüşməyə dəvət etmək də vacibdir".

 

Azay Quliyev bununla bərabər, nümayəndə heyətlərinin regionlara əsaslanan ayrıca platformalarının yaradılmasını təklif edib:

 

"Bu, regional məsələlərin vaxtında və daha yaxşı həllinə, konstruktiv həll yolunun tapılmasına kömək olardı. Xarici İşlər Nazirlikləri də parlamentarilərlə birlikdə bu görüşlərə qoşula bilər. 

Misal qismində qeyd edə bilərəm ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra 6 regional ölkəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya Federasiyası, Türkiyə və İranı bir araya gətirərək çox unikal regional dialoq və əməkdaşlıq formatına start verdi. 

Bu, regional sülhü və təhlükəsizliyi təşviq edəcək, Ermənistan və Azərbaycan arasında əlaqələr və kommunikasiyaların yenidən açılmasına kömək edəcək çox ümidverici bir təşəbbüsdür. 

İndi isə ATƏT Nazirlər Şurası haqqında bir neçə söz demək istərdim. 

Əsasən deklarativ xarakter daşıyan və konsensusun olmaması səbəbindən bir çox hallarda konkret nəticəsi olmayan ATƏT Nazirlər Şurası iclaslarının effektivliyini artırmaq çox vacibdir.

Buna görə də, baş verə biləcək fikir ayrılıqlarını və mübahisəli vəziyyətləri müzakirə etmək və mümkünsə qarşısını almaq üçün Nazirlər Şurasının görüşlərindən əvvəl nazir müavinləri səviyyəsində ilkin və ya hazırlıq iclaslarının keçirilməsini təklif edərdim.

O zaman konsensus əldə etmək şansı daha yüksək ola bilər".

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, digər bir vacib məqam da təhlükəsizlik arxitekturasının qurulmasında ATƏT-in rolunu gücləndirmək və üzv ölkələr arasında dialoq və tərəfdaşlığı daha da artırmaq üçün Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısının keçirilməsidir.

 

Ancaq bundan əvvəl nəyə ehtiyac duyduğumuzu və nə etməli olduğumuzu dəqiq bir şəkildə qeyd etmək düzgün olar.

 ATƏT və ATƏT PA-nın dövlət başçıları səviyyəsində müzakirə edilməli və təsdiq edilməsi lazım olan bütün çətin məsələləri və onların həll yollarını hazırlamaq üçün ortaq bir işçi qrupu yaratmasını təklif edərdim. 

İnanıram ki, səfir Zanier bu işçi qrupunu Assambleyamız adından koordinasiya edə və bu prosesə töhfə verə bilər”, - deyə Azay Quliyev bildirib.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30 Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb - VİDEO 26 Fevral 2021, 19:22 Komitə sədri həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırdı 26 Fevral 2021, 19:15 Baş prokuror intiharlardan DANIŞDI 26 Fevral 2021, 19:08 Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR 26 Fevral 2021, 19:00 Qanunsuz ov edən Salyan sakini SAXLANILDI 26 Fevral 2021, 18:52 Azərbaycan daha bir ölkədən quş ətinin idxalını DAYANDIRDI 26 Fevral 2021, 18:45 Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü 26 Fevral 2021, 18:38 Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb 26 Fevral 2021, 18:30 Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər - Spiker 26 Fevral 2021, 18:22 Yevlax sakinini elektrik cərəyanı vurub öldürdü 26 Fevral 2021, 18:15 Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir - Hikmət Hacıyev 26 Fevral 2021, 18:08