Modern.az

Samux və Sabirabad sakinlərindən narkotik götürüldü

Samux və Sabirabad sakinlərindən narkotik götürüldü

Aktual

28 Yanvar 2021, 13:10

Samux və Sabirabad sakinlərindən narkotik götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Məmmədov Samux rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq, yaşadığı Qarabalar kəndindəki evin zirzəmisindən isə 9 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

 

Sabirabad polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində isə Qalaqayın kəndində yaşayan Q.Orucovun evinin həyətinə baxış zamanı oradan 3 kiloqram 175 qram marixuana aşkar edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır