SELECT id,parent_id,name_az as name,short_az, text_az as text,image ,hit, add_date,actv FROM sm_news WHERE id=275586 LIMIT 1
SELECT count(id) as c FROM sm_news_image WHERE type="photo" and parent_id=275586
SELECT image FROM sm_news_image WHERE type="photo" and parent_id=275586
SELECT count(id) as c FROM sm_news_image WHERE type="video" and parent_id=275586
SELECT video,script FROM sm_news_image WHERE type="video" and parent_id=275586
Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  - Modern.Az Azərbaycan və dünya xəbərləri
Arxiv
28 Yanvar 2021, 14:44 | AKTUAL
Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA 

Son vaxtlar Xəzər dənizi səviyyəsinin bir neçə onilliklərdən sonra kəskin şəkildə aşağı enəcəyi, Bakının hətta əsrin sonunadək artıq liman şəhəri olmayacağı haqda fikirlər mətbuatda geniş yer alır.


Modern.az xəbər verir ki, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov oxucuları narahat edən bu fikirlərə aydınlıq gətirib:



“Məlum olduğu kimi,  Xəzər dənizi dünyanın ən iri qapalı su hövzəsidir. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığı üçün, onun səviyyəsi daim tərəddüdlərə məruz qalır. Bu tərəddüdlər qısa müddətli  və uzun müddətli ola bilir.

 
Qısa müddətli  səviyyə  dəyişmələrinə  qabarma və çəkilmə hadisələri səbəb ola bilər ki, bu da ayın qravitasiya sahəsi ilə əlaqədardır. Bundan başqa bir neçə gün ərzində eyni istiqamətdən əsən  aramsız güclü küləklər də dənizin bir hissəsində səviyyənin qalxmasına, əks  tərəfdə isə aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, qısamüddətli səviyyə dəyişmələrində dənizin ümumi su kütləsi dəyişmir, müəyyən bir ərazidə səviyyənin artması digər ərazidə azalması ilə müşaiyət olunur.


Uzunmüddətli səviyyə tərəddüdləri  dənizin su balansının dəyişməsi ilə əlaqədardır ki, bu da ümumi su kütləsinin artıb-azalması ilə müşaiyət olunur.


Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrə təsadüf edir (okean səviyyəsində 35 m aşağı). Ən yuxarı səviyyə isə XIV və XVIII əsrlərdə qeydə alınmışdır (okean səviyyəsindən 22 m aşağı). Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 m diapazonunda  dəyişmişdir. Beləliklə, bütün əsrlərdə Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri mövcud olmuşdur. Daha doğrusu, Xəzərin səviyyəsi    özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir.


Xəzərin səviyyə dəyişmələrindəki bu periodiklik çox güman ki, onun təbii  tənzimləmə xüsusiyyəti ilə əlaqədardır. Yəni səviyyə qalxanda dənizin  sahəsi də  artdığından onun səthindən  buxarlanma da artır ki,  bu da  müəyyən dövrdən sonra səviyyənin tədricən  aşağı düşməsinə səbəb olur. Səviyyə nəzərəçarpacaq dərəcədə aşağı düşdükdə isə dənizin sahəsi azaldığından  buxarlanma da azalır ki, bu da son nəticədə səviyyənin qalxmasına gətirir.


20-ci əsrdə  dənizin səviyyə dəyişmələri  2 dəfə kəskin xarakter almişdır. 1930-cu  ildən 1977-ci illərə qədər olan müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək, son 400 ilin mütləq minimumuna (-29 m) çatsa da, 1977-ci ildən başlayaraq kəskin qalxmağa başlamış  və 1995-ci ilə qədər bu artım 2,5 m təşkil etmişdir. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, hər halda, nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir.

      
 Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyədək bu problem özünün lazımi həllini tapa bilməmişdir. Bununla belə, son illərdə, xüsusilə də bir çox qərb ölkələrində, Xəzərin səviyyəsinin bundan sonra daha da kəskin enəcəyi  barədə bədbin proqnozlar verilməkdədir.


2017-ci ildə   Amerikanın nüfuzlu Geophysical Research Letters jurnalında  dərc olunmuş məqalədə yaxın 75 il ərzində Xəzərin səviyyəsininnin 5-6 metr enəcəyi və Şimali Xəzərin tamamilə quruyacağı proqnozlaşdırılır.
Lakin bu yaxınlarda alman və holland alimlərinin Nature Communications Earth & Environment jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz isə daha qorxuludur. Belə ki,  onlar müxtəlif ssenarilərə əsasən əsrin sonunadək Xəzərin  səviyyəsinin  9-18 metr aşağı düşəcəyini  proqnozlaşdırırlar. Əgər bu proqnozlar özünü doğruldarsa, Xəzər regionunun ekoloji, iqtisadi və siyasi stabilliyində böyük problemlər yarana bilər.


Amerika və Avropa alimlərinin verdiyi proqnozlar  nə dərəcədə  inandırıcıdır? 


Əvvəla qeyd edək ki, qısamüddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli   proqnozların özünüdoğrultma faizi çox aşağıdır. Bu həm meteoroloji, həm də onlara əsaslanan hidroloji proqnozlara aiddir.  Qeyd edilən proqnoz modellərində dənizin hazırki illik səviyyə dəyişmələri, dəniz suyu temperaturunun artması nəticəsində buxarlanmanın intensivləşməsi, yağıntıların və çay axımlarının azalması tendensiyası əsas götürülür. Lakin Xəzərin səviyyə dəyişmələrinin yuxarıda qeyd edilən uzunmüddətli və böyük amplitudlu periodikliyini nəzərə alsaq,  yaxın gələcəkdə vəziyyətin tam  əksinə dəyişəyini ehtimal edə bilərik.  


Keçən əsrin 70-ci illərində Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam etməsi və alimlər tərəfindən verilən bədbin proqnozlar səbəbindən keçmiş   Sovetlər İttifaqında  şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətini dəyişməklə Volqa çayı vasitəsilə  Xəzər dənizinə yönəldilməsi layihələri işlənilirdi. Lakin 1977-ci ildən  dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə  bu layihələr öz aktuallığını itirdi. Təsəvvür edin ki, əgər qeyd edilən layihələr həyata keçirilsəydi, onda 1995-ci ilə qədərki səviyyə artımı 2,5 m-dən xeyli artıq  olardı ki, bu da daha arzuolunmaz nəticələrə gətirib çixarardı.


Söz yox ki, qlobal istiləşmə, onunla əlaqədar  müasir iqlim dəyişmələri və çay axımlarına antropogen müdaxilələr (təsərrüfat məqsədləri ilə əlaqədar) Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Lakin bu təsirlər dənizin  səviyyəsinin yüzilliklərdən  bəri müşahidə olunan periodik dəyişmə xarakterini kəskin şəkildə dəyişə bilməz.   


Xəzər dənizində səviyyə dəyişmələri indiyədək  həmişə mövcud olmuşdur və bundan sonra da olacaq, lakin səviyyəsinin əsrin sonunadək monoton  azalmaqla 9-18 m aşağı düşməsi  haqqında verilən proqnozlar ağlabatan deyildir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15 Putin Paşinyandan izahat istəməlidir - ŞƏRH 9 mart 2021, 12:11 Ombudsman məhbusların dəyişdirilməsini TƏKLİF ETDİ 9 mart 2021, 12:05 Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR 9 mart 2021, 12:00 Dam örtüyü uçan məktəblərin təmirinə BAŞLANILDI 9 mart 2021, 11:57 Hərbçilərə növbəti əlavələrin ödənilməsi təklif edildi 9 mart 2021, 11:53 Azərbaycanda Aliment Fondu yaradılsın - TƏKLİF 9 mart 2021, 11:48 Nazirliyin həbs edilən vəzifəli şəxsinin işi MƏHKƏMƏDƏ 9 mart 2021, 11:44 Zahid Oruc: “Mehriban xanımın hakim partiyada ön mövqeyi...” 9 mart 2021, 11:41 “Biz siyasi konsensusun yeni mərhələsinin şahidi oluruq” - Azay Quliyev 9 mart 2021, 11:39 Ombudsman DİM-ə müraciət etdi - “Qəbul imtahanları yumşaldılsın” 9 mart 2021, 11:36 Baş Prokurorluq sabiq nazirin həbsini TƏSDİQLƏDİ 9 mart 2021, 11:33