Arxiv
28 Yanvar 2021, 14:16 | AKTUAL
Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir:

 

Yanacaqdoldurma məntəqələri insanların tez-tez istifadə etdikləri məkandır. Burada onlar nəqliyyat vasitələrini yanacaqla təmin edir, bəzən isə qəlyanaltı üçün dayanırlar.

 

Bildiyimiz kimi, neft və qaz məhsulları kiçik bir qığılcımdan asanlıqla alışa bilir. Ona görə də bu məntəqələrdə yanğın və ya partlayış hadisəsinin baş verməməsi üçün müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir.

 

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır. Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

 

- avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;

- baş verə biləcək fövqəladə hadisə zamanı hər bir nəqliyyat vasitəsi üçün yanacaqdoldurma məntəqəsinin ərazisindən manevr etmə və çıxma imkanı təmin edilməli, bunun üçün yol səthinə xüsusi işarələr və ya digər göstərici nişanlar yerləşdirilməli, yanacaqpaylama kolonkasına yaxınlaşmaq üçün növbədə dayanan avtomobillərarası məsafəyə (1 metrdən az olmayaraq) riayət edilməlidir;

- mühərriki işə salınmazdan əvvəl avtomobillərin, motosikl və skuterlərin neft məhsulları ilə çirklənmiş hissələri silinməlidir;

- yerə tökülən neft məhsulları qumla örtülməli, hopdurulmuş qum və yağlanmış təmizləyici materiallar qığılcım əmələ gəlmə təhlükəsini istisna edən, qapaqları kip bağlanan metal qutulara toplanmalı və iş gününün sonunda məntəqənin ərazisindən çıxarılmalıdır.

Yanacaqdoldurma məntəqələrinin ərazisində qadağandır:
- açıq oddan istifadə edilməsi;

- nəqliyyat vasitələrinin mühərriki işlək vəziyyətdə olarkən yanacaqla doldurulması;

- tufan və ya atmosfer boşalmaları ehtimal olunduqda yanacağın rezervuarlara boşaldılması və istehlakçıların nəqliyyat vasitələrinin çənlərinin doldurulması;

- yanacaqla çirklənmiş və qığılcıma səbəb ola biləcək geyim və ayaqqabılarda iş görülməsi;

- sərnişinlərin olduğu avtobus, yük və ya digər xüsusi texnikanın yanacaqla doldurulması;

- partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanacaq qazları, yana bilən mayelər və materiallar, zəhərli və radioaktiv maddələr yüklənmiş nəqliyyat vasitələrinin yanacaqla doldurulması;

- qığılcımsöndürənlə təchiz olunmayan traktorların məntəqənin ərazisinə daxil olması.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı 9 mart 2021, 14:12 Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15 Putin Paşinyandan izahat istəməlidir - ŞƏRH 9 mart 2021, 12:11 Ombudsman məhbusların dəyişdirilməsini TƏKLİF ETDİ 9 mart 2021, 12:05 Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR 9 mart 2021, 12:00 Dam örtüyü uçan məktəblərin təmirinə BAŞLANILDI 9 mart 2021, 11:57 Hərbçilərə növbəti əlavələrin ödənilməsi təklif edildi 9 mart 2021, 11:53 Azərbaycanda Aliment Fondu yaradılsın - TƏKLİF 9 mart 2021, 11:48 Nazirliyin həbs edilən vəzifəli şəxsinin işi MƏHKƏMƏDƏ 9 mart 2021, 11:44