Arxiv
28 Yanvar 2021, 16:24 | AKTUAL
YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ

Hakim Yeni Azərbaycan Partiyası Rusiya Dövlət Dumasının üzvü V. Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar “Vahid Rusiya” (Единая Россия) Partiyasına  etiraz məktubu ünvanlayıb.

Modern.az həmin məktubun mətnini təqdim edir:

“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləmişdir.


Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir.


Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir.


Yeni Azərbaycan Partiyası Dövlət Dumasının  üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri  Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara  kölgə salmaq məqsədi daşıyır.

Dövlət Dumasında  hakim “Vahid Rusiya” Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə  bir araya sığmır.

Ümid edirik ki, “Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32 “Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30