Modern.az

Elşad Eyvazlı Türkiyə Parlament Jurnalistləri Birliyində görüş keçirib

Elşad Eyvazlı Türkiyə Parlament Jurnalistləri Birliyində görüş keçirib

29 Yanvar 2021, 10:52

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Ankarada Türkiyə Parlament Müxbirləri Dərnəyinin ofisində olub.


Bu barədə məlumat verən E.Eyvazlı qeyd edib ki, Türkiyə Parlament Müxbirləri Dərnəyi bu ölkənin fəallıq baxımından ən böyük jurnalist təşkilatlarındandır:


“Türkiyənin məşhur jurnalisti, hazırda Türkiyə Böyük Millət Məclsinin sədrinin baş müşaviri, dostum Salih Zeki Sarıdanişmet ilə birlikdə parlamenti ziyarət etdim.

Ankarada olarkən qurumun rəhbəri Göksel Bozkurt orada deyildi. Doğrusu heç mənim onları ziyarət edəcəyimdən xəbəri yox idi.

Ona görə də, qurumun sədr müavini Besti Karalar və Nagehan Akbulut Varolla görüşdüm.

Xeyli söhbət etdik. Türkiyədə bu qurum ən tarixi jurnalist təşkilatlarındandır və 700-dən artıq üzvü var.

Orada parlament müxbiri olmaq üçün ən azı 5-8 il arası jurnalist təcrübən olmalıdır. Eyni zamanda, siyasi prosesləri dərindən bilmək, milli maraqları qorumaq həmin müxbirlərin əsas vəzifələri sırasındadır.

Qərara aldıq ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün əməli işlər görək. Əməkdaşlığımızın bütün Türk dünyası parlament jurnalistlər üçün vahid platformaya çevrilməsi üçün addımlar ataq”.



Fidan İlqarqızı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir