Arxiv
31 Yanvar 2021, 12:26 | REPORTAJ
Bəy otağına şəhid kimi girən QƏHRƏMAN

Düzünü deyim, həmin otağa baxmaq istəmirdim. Sadəcə, ürəyim gəlmirdi. Ona görə də oğlum Əlisultandan xahiş etdim ki, həmin otağın şəklini çəksin. Lakin iş elə gətirdi ki, şəhidin əmisi qoluma girərək məni ora apardı. Bəy otağında qadınlar oturmuşdu. Şəhid Kamilin anası Validə xanım və yaxınları. Şəhidin hərbi geyimlərinə, bəylik kostyumuna və ayaqqabısına, nişan mərasimi zamanı çəkdirdiyi fotolarla diqqətlə baxdım. Qadınlar ağladılar, mənim də içimdən ağlamaq keçdi. Zorla, zorla özümü ələ aldım. Bir neçə dəqiqə donub qaldım. Otaqdakılar hamı mənimlə görüşdü, gözləri yaşlı idi. Bu qəlbimi ağrıdan dəqiqələrdə ANA stolun üstünə sərilmiş Azərbaycan bayrağını sığallayaraq dedi:

"Oğlum bu bayrağı çox istəyirdi, bu bayrağa and içmişdi, bu bayraq uğrunda da şəhid oldu! Vətənin başı sağ olsun!". (Baxın, sadə bir kənd qadını beləcə dedi). Yenidən otağı hıçqırıq səsləri bürüdü.

Sonra Şəhidin atası Şamil gəldi. Gözləri yaşlı, donmuş vəziyyətdə... Mən bir qədər dayandıqdan sonra başsağlığı verib otağı tərk etdim. Pilləkənlərdən düşəndə artıq göz yaşlarımı saxlaya bilmədim...



Həmkəndlim-Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, yanvarın 15-də hərbi tapşırığı yerinə yetirərkən qəzaya düşərək ağır xəsarət alan, iki həftəyə yaxın komada qalan, üç gün əvvəl dünyasını dəyişən xüsusi təyinatlı gizir Kamil Şamil oğlu Məmmədov haqqında yazıram. Yuxarıda təsvir etdiyim həmin otağı-bəy otağını isə öz əlləri ilə hazırlamışdı. Halal qazancı və zəhməti ilə. Aztəminatlı valideynlərinin- atası Şamilin və anası Validə xanımın alın təri və qabarlı əlləri ilə bir neçə ilə ərsəyə gələn bu evdə bəy otağı yaratmışdı, toyuna hazırlaşırdı. Anasına isə belə demişdi: "Sən çox zəhmət çəkmisən, daha işləməyə qoymayacağam".


44 günlük Vətən müharibəsi zamanı daim səksəkə içində olan valideynlər sonradan çox seviniblər. Kamil müharibədən qayıdıb onlara baş çəkmişdi. Tam sağlam deyildi. İşğal altında olan rayonlarda qəhrəmancasına döyüşən Kamil Qubadlıda yaralanıb. Onu Biləsuvardakı hospitala aparıblar. Yarasının qanı qurumayan və bədənində qəlpə olan xüsusi təyinatlı bir balaca özünə gələn kimi Şuşa uğrundakı döyüşlərdə iştirak edib.

Yas mərasimində Kamilin qrup komandiri (obyektiv səbəblərə görə adını çəkmirəm) olan həmyerlimiz də onun şücaətlərindən danışdı (başqa bir yazımda Kamilin döyüş yolu haqqında yazacağam). Onu da bildirim ki, Kamilin üç mərasimini də döyüş yoldaşları təşkil etmişdilər... Dəstə-dəstə gəlib-gedirdilər.


Xüsusi təyinatlı Kamil Məmmədov çox vətənpərvər olub. Yaxınları deyir ki, Şəhid gizir üçrəngli Bayrağımızın vurğunu idi. Əynindəki hərbi geyimlə daim qürur duyub. MAXE kimi xidmət etdiyi dövrdə bütün qazancını ailəsinə sərf edib. Bircə arzusu olub ki, valideynlərini çətin vəziyyətdən çıxarsın...


Mənə dedilər ki, bəy otağında Kamilin nişanlısı da var. İstədim ki, ona ayrılıqda başsağlığı verim. Bunu da bacarmadım. Çünki sözün bitdiyi yerdə idim...


Azərbaycanın qədim adət-ənənələrinə görə ailə quran oğlan üçün evdə bəy otağı hazırlanır. Evlənən cütlüyə bəy və gəlin deyə müraciət edirlər. İllər ötür, toy günü, bəy otağı bir ailənin tarixçəsinə çevrilir. Şəhidlər isə bir xalqın və dövlətin tarixidir! BU TARİX İSƏ YADDAŞLARDAN SİLİNMİR!


Kamil öz əli ilə yaratdığı bəy otağına Şəhid kimi girdi. Adını bilmədiyim nakam nişanlısını isə bu otaqda Şəhid Kamilin bəylik kostyumu, bir cüt ayaqqabısı və artıq xatirəyə çevrilən nişan mərasimindən olan şəkillər qarşıladı...


Otaqdan çıxmağıma bir neçə dəqiqə qalmış Şəhid Kamilin stolun üstündəki çərçivədə olan şəkli qəflətən yıxıldı, digər şəkillər də biri-birinə qarışdı. Anası Validə xanım dedi ki, üçüncü dəfədir bu şəkil özü-özünə yıxılır... Birdən mənə elə gəldi ki, Kamilin ruhu otaqdadır...


Sonda şəhid anası Validə xanıma bir sözüm var: ŞƏHİDLƏR ALLAHIN BƏXŞ ETDİYİ ƏN YÜKSƏK MƏRTƏBƏDƏ - CƏNNƏTDƏDİRLƏR! İNDİ KAMİLİN BƏY OTAĞI HƏMİN MƏKANDIR! ORADA VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏN ŞƏHİD QARDAŞLARINA QOVUŞUB. O İNSANLARA Kİ, 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCAN ÜÇÜN BİR QƏLƏBƏ TARİXİ YAZDILAR!


UNUDULMAYACAQLAR, NƏ QƏDƏR AZƏRBAYCAN VAR, ONLAR DA VAR!


ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN, RUHLARI ŞAD OLSUN!


Müqəddəs Mehdiyev,
Xaçmaz rayonu, Köhnə Xudat kəndi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Siyasi partiyalar haqqında” yeni qanun hamının maraqlarını təmin edəcək - Deputat 11 Aprel 2021, 14:31 Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40