Modern.az

Heydər Əliyevin demədiyi sözlə İran şahını ALDATMIŞDILAR

Heydər Əliyevin demədiyi sözlə İran şahını ALDATMIŞDILAR

5 Fevral 2021, 14:20

1970-ci illərdə sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin iki qorxulu röyası “qara irtica” dediyi Xomeyni tərərdarları ilə “qırmızı irtica” adlandırdığı tudəçilər idi. Sovet Azərbaycanında Heydər Əliyevin hakimiyyətə gəlməsi də əlavə qorxu mənbəyinə çevrilmişdi. Şahın qaynanası Fəridə Diba “Mənim qızım Fərəh” adlı xatirələrində yazır:


“O vaxtlar SAVAK Sovet Azərbaycanında bir millətçinin hakimiyyət başına gəlməsi barədə geniş hesabat hazırlayıb şaha təqdim etmişdi. Hesabatda göstərilirdi ki, Heydər Əliyev adlı əslən İrandan (Zəncan ətrafından) olan bir azərbaycanlı Sovet Azərbaycanının rəhbəri seçilib və bu vəzifədəki ilk çıxışında İran Azərbaycanı ilə birləşməyi özünün son məqsədi elan edib”.


Şübhəsiz, şahı qorxudub çoxlu pul çəkmək və casus şəbəkəsini genişləndirmək İranın ən qəddar dövlət qurumunun – sovet KQB-sinin daha vəhşi analoqu olan SAVAK-ın adi iş üsulu idi. Təbii ki, Azərbaycanın rəhbəri heç vaxt açıq mətnlə belə söz deməzdi və deməmişdi.


Amma eyni zamanda Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan Yazıçılar Birliyində Cənub ədəbiyyatı üzrə katibliyin yaradılması, MEA-da Cənubi Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan tarixi şöbələrinin fəaliyyətə başlaması, radioda Cənub mövzusuna diqqətin artırılması tarixi Vətənin iki hissəsi arasında mədən-mənəvi əlaqələrin genişlənməsinə xidmət edirdi...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir