Modern.az

Qarabağda radio kanalının açılması üçün müsabiqə başladı

Qarabağda radio kanalının açılması üçün müsabiqə başladı

Media

10 Fevral 2021, 08:08

Bu gündən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə elan olunan müsabiqə başlayıb. 

 

Modern.az MTRŞ-yə istinadən bildirir ki, müsabiqə martın 12-dək davam edəcək.

 

Müsabiqədə Azərbaycan Rеspublikasının vətəndaşı оlmayan, nizamnamə kapitalında хarici fiziki və ya hüquqi şəхsin payı оlan hüquqi şəхslər, ağır və ya хüsusilə ağır cinayətlərə, habеlə ictimai mənəviyyat əlеyhinə оlan cinayətlərə görə əvvəllər məhkum еdilmiş, habеlə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi, yaхud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq еdilmiş şəхslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.

 

Müsabiqədə 3-dən az iddiaçı iştirak edərsə, Milli Televiziya və Radio Şurası müsabiqənin vaxtını daha 30 gün uzada bilər və ya müsabiqə Şuranın qərarı ilə ləğv oluna bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?