Modern.az

Musa Quliyev: “Yavaş-yavaş metronun açılması haqda düşünmək olar”

Musa Quliyev: “Yavaş-yavaş metronun açılması haqda düşünmək olar”

15 Fevral 2021, 15:00

“Biz faktiki olaraq, sərt karantindən çıxmışıq. Metrodan və toylardan başqa, demək olar bütün sahələrdə fəaliyyət qismən də olsa, bərpa edilib. Məncə yavaş-yavaş meronun açılması istiqamətində düşünmək və buna hazırlıq görmək lazımdır. Çünki insanlar tıxaclarda əziyyət çəkirlər”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri vaksinasiyadan bir müddət sonra da maska taxmağın vacibliyini vurğulayıb.

 

M.Quliyev həmçinin vaksinasiya prosesinin sürətləndirilməsinə diqqət çəkib:


“Tam olaraq normal həyata qayıtmaq üçün peyvənd vurdurmalıyıq. Hələlik 65 yaşdan yuxarı deputatlar peyvənd olunur. Yəqin ki, bu həftə ərzində bizə də növbə çatacaq. Hər bir vətəndaşı vaksinasiya prosesində aktiv iştiraka dəvət edirəm. Bu, hamımızın sağlamlığımız üçündür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir