Modern.az

Moskvada 65 ildən sonra ən soyuq hava 

Moskvada 65 ildən sonra ən soyuq hava 

21 Fevral 2021, 13:51

Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.

 

Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Fobos” Hava Mərkəzinin mütəxəssisi Yevgeniy Tişkovets bildirib.

 

Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.  

 

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək. Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

 

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir